SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Binəqədi sakinləri “Açıq mikrofon”dan səsləndilər

9-11-2018, 17:55 | Oxunub: 165 |

Binəqədi sakinləri “Açıq mikrofon”dan səsləndilərÖlkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxt Bakı şəhərinin bütün rayonlarında əhali ilə səyyar görüşlər çərçivəsində “Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bu görüşlərin əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir.

Belediyyetv.az xəbər verir ki, növbəti belə səyyar görüş rayon rəhbərliyi, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə paytaxtın Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 186, 188 və 194 saylı binalarının həyətində oldu.

Görüşdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf Binəqədi rayonunda da uğurla davam etdirilir, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Sonda sakinlər Binəqədi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür etdilər.

Beş min kvadratmetr sahəsi olan həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə xüsusi qurğular yerləşdirilib. Bundan əlavə, burada şahmat və futbol meydançaları, idman alətlərindən ibarət kiçik meydança salınıb, Novruz çərşənbələrinin milli adət-ənənələrə uyğun qeyd edilməsi üçün tonqal sahəsi inşa olunub.

Abadlaşdırılan həyətdə yoqa həvəskarları üçün də xüsusi yer ayrılıb.Eyni zamanda quşlar üçün yuvalar düzəldilib.

Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğul olma vərdişlərinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300-ə yaxın ağac və kol əkilib. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə 11 ədəd müşahidə kameraları quraşdırılıb, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin şəbəkəsinə qoşulub.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR