SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Mingəçevirdə yeni məhəllə komitəsi təsis olunub

6-11-2018, 15:09 | Oxunub: 41 |

Mingəçevirdə yeni məhəllə komitəsi təsis olunubMingəçevir Bələdiyyəsi ərazisində - M.Maqomayev prospektindəki 10 saylı məhəllədə yeni məhəllə komitəsi yaradıldı. Məhəllə sakinlərinin təşəbbüsü ilə təsis olunan komitənin beş nəfərdən ibarət tərkibi, sədr, müavin və katibi seçildi. Komitənin sədri seçilmiş Svetlana Əzizovanın təklifi ilə komitəyə “Nicat” adı verildi. Bu barədə məlumat Mingəçevir bələdiyyəsinin mətbuat mərkəzindən daxil olub.

Belediyyetv.az belediyye.info-ya istindaən xəbər verir ki, təsis yığıncağında Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, sədr müavini Əli Əliyev və komissiya sədri Zahid Qasımlı iştirak etdilər. C.Abdullayev komitənin tərkibinə seçilmiş üzvləri təbrik etdi və bildirdi ki, bələdiyyə ilə sıx əlaqədə fəaliyyət göstərən təşəbbüskar, fəal məhəllə komitələrinin qaldırdıqları problemlər az bir vaxtda həll olunur: “Siz bizim məhəllədə nümayəndəmizsiniz. Bələdiyyənin tədbirlərində fəal iştirak edin, təkliflərinizi bildirin, problemləri bir yerdə həll etmək üçün rəylərinizi verin.

Məhəllə sakinlərindən çıxış edən Ayət Süleymanov, Nabat Əliyev və Svetlana Əzizova məhəllədəki xeyir-şər mağarının təmiri, mağara elektrik sayğacının quraşdırılması, binanın giriş hissələrinin təmiri, məhəlləyə ağac əkilməsi və s. məsələlərin həllində bələdiyyənin yardımçı olmasını xahiş etdilər. Bələdiyyənin nümayəndələri qaldırılan məsələlərin tezliklə həll olunacağına söz verdilər.

Belediyye.info

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR