SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Buzovna bələdiyyəsində vətəndaşların qəbulu keçirilib

5-11-2018, 16:46 | Oxunub: 36 |

Buzovna bələdiyyəsində vətəndaşların qəbulu keçirilibXəzər rayonu Buzovna bələdiyyəsində vətəndaşların qəbulu keçirilib.

Bu barədə mıəlumatı adıçəkilən bələdiyyə yayıb. Bələdiyyə sədrinin qəbulundan on nəfərdən artıq vətəndaş iştirak edib.

Bələdiyyə sədri Mətləb Əliyev sakinləri dinləyərək onların bələdiyyə ilə bağlı problemlərinin həlli istiqamətində addımlar atılacağını deyib.

Bələdiyyədən asılı olmayan məsələlər barəsində isə vətəndaşların rəsmi müraciətləri əsasında müvafiq strukturlara məktubların göndərilməsi qərara alınıb.

Bələdiyyədən daxil olan məlumata görə, bələdiyyədə sədrin, müavinlərin və komissiya sədrlərinin hər birinin gündəlik qəbul saatları bələdiyyə iclasının qərarıyla müəyyən edilib və müəyyən günlərdə "açıq qapı" günləri də keçirilir.

Bununla bağlı sakinlərə əvvəlcədən məlumatlar da verilir.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR