SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Asif Əsgərov səyyar qəbul keçirib

2-11-2018, 19:22 | Oxunub: 29 |

Asif Əsgərov səyyar qəbul keçiribNəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.

Belediyyetv.az xəbər verir ki, bu barədə məluamtı Nəsimi Rih yayıb.

Qəbulda Cavadxan küçəsi, A.Mustafayev və 20 Yanvar küçələrində yerləşən binaların sakinləri iştirak ediblər.

Sakinlərdən Qurbanov Allahverdi, Eminov Elçin, Aslanov Azər, İbrahimov Cavanşir və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, binanın dam örtüyünün təmir olunması, həyətdə abadlıq işlərinin aparılması barədə müraciətlər ediblər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR