SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Dərmanların keyfiyyətinə nəzarət gücləndirilir – VİDEO

23-10-2018, 13:43 | Oxunub: 10 |

Dərmanların keyfiyyətinə nəzarət gücləndirilir – VİDEOÖlkəmizdə dövlət xəstəxanalarında istifadə edilən dərman preparatlarının keyfiyyət və effektivliyinə nəzarət gücləndirilir.

Belediyyetv.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərari ilə bununla bağlı “Dövlət və bələdiyyə tərəfindən yaradilan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə əlavələr edilib.

Əlavələrə əsasən müəssisə tərəfindən dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə məsul şəxs müəyyən ediləcək.

Məsul şəxs dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Səhiyyə Nazirliyinə təqdim edəcək.

Həkim Rasim İbişov deyir ki, bu qərar dövlət tibb müəssisələri və dərman şirkətlərinin də məsuliyyət hissini artıracaq.

Yeni qaydaların tətbiqi ilə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR