SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

"Qəbristanlıqlara bələdiyyələr nəzarət etməlidir"

28-10-2018, 14:07 | Oxunub: 7 |

"Qəbristanlıqlara bələdiyyələr nəzarət etməlidir"Bundan sonra qəbiristanlıq ərazilərinə nəzarətə bələdiyyələr cavabdehllik daşımış olacaq. Söhbət köhnə deyil, yeni salınacaq qəbristanlıq ərazilərindən gedir. Yeni qanun layihəsində qəbristanlqıaların idarəolunması ilə qaydalar da müəyyənləşib. Qəbristanlıqların saxlanılması, onların ərazisinin quru otlardan təmizlənməsi, yaşıllıqların qorunması üzərində idarəetməni də bələdiyyələr edəcək. Hazırda bələdiyyələr tərəfindən bu istiqamətdə işlərin aparılmasına başlanılıb. Bələdiyyələrə sadəcə onlara ünvanlanacaq “tövsiyyə xarakterli məktubun” yolunu gözləmək qalıb. Qeyd edək ki, bu günədək mövcüd olan 100-ə yaxın qəbristanlıq ərazisi vahid bir qurumun ixtiyarında olmayıb.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. O bildirib ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Qanunun tələblərinə uyğun olaraq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə müəyyən edilmiş qaydada və ödəniş əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatları verilməlidir.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilmə qaydası və bununla bağlı ödənişlərin miqdarı” müəyyən edilib. Komitə sədri bildirib ki, qanunda edilən dəyişikliklər özündə bu məsələləri ehtiva edir.

Sonra komitə üzvləri “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanun layihələrində edilən dəyişiklikləri üçüncü oxunuşda müzakirə ediblər. Bildirilib ki, hər iki sənəddə edilən dəyişikliklər qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələri müəyyən edir. Belə ki, bələdiyyələrin bu məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmədiyi hallarda məsuliyyət məsələsini təmin edir və bələdiyyə büdcəsindən qəbiristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması və abadlaşdırılması məqsədi ilə zəruri xərclərin tutulmasını təsbit edir.

Millət vəkilləri Rüstəm Xəlilov, Tahir Rzayev, Fəzail İbrahimli, Kamran Bayramov, Azər Badamov, Malik Həsənov, Cavid Osmanov, dəvət olunmuş yerli özünüidarəetmə sahəsinin mütəxəssisləri sənədlərdə edilən dəyişikliklərin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacağından söz açıblar.

Müzakirələrdən sonra hər 3 sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Millət vəkili Əli Hüseynlinin sözlərinə görə, “Bələdiyyələrin statusu haqqında" qanuna əsasən qəbristanlıqların salınması müavafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş orqan tərəfindən icra edilir:

“Burada müvafiq icra hakimiyyəti deyəndə Nazirlər Kabineti nəzərdə tutulur. Bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1 ci maddəsinə edilən dəyişikliyə əsasən cərimə ediləcək. Cərimənin minimum məbləği 100, maksimum 500 manatdır”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də qəbiristanlıqlarla bağlı yeni təkliflər irəli sürüb.

Deputat təkliflər haqda modern.az saytına açıqlamasında maraqlı məqamlara toxunub. Onun fikrincə, Azərbaycanda qəbiristanlıqlar dövlət və bələdiyyələrin sərəncamında olmalı, dəfnetmə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlar əsasında həyata keçirilməlidir.

“Azərbaycanda sahibsiz qəbirlər yoxdur, çünki onların sahibi dövlətdir. Həmin qəbirlər ya dövlətin, ya da bələdiyyələrin nəzarətindədir. Onların hamısı bundan sonra da qorunacaq”-deyə millət vəkili təklif edir ki, dövlət və bələdiyyə qəbristanlıqlarında dəfn Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlar əsasında həyata keçirilməlidir:

“Yəni qəbiristanlıqda Türkiyə və başqa Avropa ölkələrində olduğu kimi, vəfat edənin adı, soyadı, doğum və ölüm tarixi yazılmaq şərtilə mərhuma kiçik başdaşı qoyulmalıdır. Təmizlik və abadlığı da müvafiq qurum həyata keçirməlidir. Amma kimsə qəbristanlıqda bütün yaxınlarının bir ərazidə dəfn olunmasını istəyəcəksə, bu, mümkün olmayacaq. Yer harda veriləcəksə, orda da dəfn ediləcək”.

Sosial siyasət komitəsinin sədr müavini bildirib ki, bu təklifləri irəli sürməkdə məqsəd qəbirlərin standart olmasını təmin etməkdir:

“Dövlət qəbiristanlığında bütün qəbirlər eyni ölçüdə, eyni materialdan olmalı, yer ödənişsiz verilməlidir. Qəbiristanlıqların hasarlanması, qorunması, abadlığı və təmizliyini də bələdiyyələr və dövlət qurumları həyata keçirməlidir.

Doğrudur, hazırda dəfn yerləri pulludur, bu danılmazdır. Hazırda alterntiv yoxdur. Kimsə öz yaxının yanında dəfn olunmaq istəyirsə, əlavə rüşvət verir.

Dövlət və bələdiyyə qəbristanlığı yaradılandan sonra bu məsələlər öz həllini tapacaq. Hətta mən təklif etmişəm ki, imkansız şəxslərin dəfn xərclərini də dövlət ödəsin”.

Deputatın təkliflərindən biri özəl qəbiristanlıqların yaradılmasından ibarətdir.

“Bu təklif ondan ibarətdir ki, əgər kimsə ailə üzvlərinin yanında dəfn edilməsini, başdaşının başqa materialdan olmasını istəyirsə, bunu özəl qəbiristanlıqda edə bilər. Bu zaman ödəniş edib, istədiyi kimi abidə də ucaldar, sərdabə də qoya bilər”.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR