SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Strasburqda Yerli və Regional Hakimiyyətlər Konqresi öz işinə başlayır

5-11-2018, 16:49 | Oxunub: 33 |

Strasburqda Yerli və Regional Hakimiyyətlər Konqresi öz işinə başlayırBu gün Fransanın Strasburq şəhərindəki Avropa Şurasının mənzil-qərərgahında qurumun Yerli və Regional Hakimiyyətlər Konqresi öz işinə başlayır. NUHÇIXAN Avropa Şurasının rəsmi portalına istinadən xəbər verir ki, “İnteqrasiya və yerli ve regional seçkili nümayəndələrin etik davranışı” devizi altında keçiriləcək konqresin növbəti sessiyasında açıq və şaffaf hökümət, maraqlar konflikti, yerli siyasi mühitə cəlb olunan şəxslərin davranış kodeksi barədə müzakirələr aparılacaq və bununla əlaqədər sənədlər səsverməyə çıxarılacaq. Sessiyada həmçinin miqrasiya məsələləri, məcburi köçkünlərin inteqrasiyasının hazırkı durumu barədə debatlar təşkil olunacaq və müvafiq qətnamə və tövsiyələr qəbul olunacaq.

35-ci Sessiyanın gündəliyinə yerli və regional hakimiyyət orqanlarının mərkəzi hökümətlərlə məsləhətləşməsi mexanizmləri, həmçinin qurumun monitorinq fəliyyəti çərçivəsində Litva, Sloveniya üzrə monitorinq, Gürcüstan, Moldova, Niderland və Tunisdə keçirilmiş seçkilərin müşahidə edilməsi ilə bağlı seçki müşahidə missiyalarının yekun hesabatları müzakirəyə çıxarılacaqdır. Sessiya Xorvatiyanın Avropa Şurasında sədrlik dövrünə təsadüf etdiyindən yığıncaqda həmin ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Maria Peyçinoviç Buriç nümayəndələr qarşısında çıxış edəcək və onların ünvanladığı sualları cavablandıracaqdır.

Konqresin 35-ci Sessiyasında iştirak etmək üçün Naxçıvan Muxtar respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərliyi ilə ölkəmizin yerli və regional hakimiyyət orqanlarını təmsil edən altı nəfərdən ibarət nümayəndə heyəti Strasburqa yola düşüb.

Xatırladaq ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi qitənin yerli və regional orqanlarının nümayəndələrinin daimi orqanıdır və iki palatadan: Yerli Hakimiyyətlər və Regionlar Palatasından ibarətdir. Qurumdakı Azərbaycan nümayəndə heyəti 6 üzvlə təmsil olunur. Konqresdə Naxçıvan Muxtar Respublikasını Ali Məclisinin iki deputatı, bələdiyyələrindən isə bir nümayəndə təmsil edir.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR