SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Bursa bələdiyyə başkanı azərbaycanlı tələbələrlə çay içib

2-11-2018, 18:21 | Oxunub: 45 |

Bursa bələdiyyə başkanı azərbaycanlı tələbələrlə çay içib"Tamam gənclər, gəlirəm, çayı bol dəmləyin"

Türkiyənin Uludağ Universitetində təhsil görən 2-i azərbaycanlı, 1-i Gaziantepli üç qız tələbə Twitter-dən Bursa Böyükşəhər Bələdiyyə Başkanını çay içməyə dəvət ediblər.

Belediyyetv.az Türkiyə mediasına istinadən xəbər verir ki, başkan Alinur Aktaş onların dəvətini qırmayaraq tələbələrin qaldığı yataqxanaya gəlib.

Twitter-də yazını isə azərbaycanlı tələbə qız Solmaz İsmayılova yazıb.

"Hörmətli Bələdiyyə başçısının @ Alinuraktas70, azərbaycanlı tələbələr olaraq bu axşam sizi, dəmlənmiş Azərbaycan çayı yoldaşlığında yerli şirinləri tadarak şagird evimizdə qonaq etmək istəyirik".

O da tələbələrə "Tamam gənclər gəlirəm, çayı bol dəmləyin" cavabını verib.

Həyat yoldaşı ilə birlikdə tələbə qızlara qonaq gələn Aktaş onlarla kefli bir söhbət edib.

Azərbaycan mətbəxindən tutmuş ta mədəniyyətinədək xoş bir söhbətdən sonra Aktaş tələbələrə ipək üzərində Bursa rəsmini təqdim edib.

Ziyarətin fotoşəkillərini öz hesabından paylaşan Aktaş "Azərbaycandan gələn 3 azərbaycanlı tələbə qız məni dəvət etdi. İşləriylə qürur duyduq, isti çaylarını içdik və şirin söhbətlərinə qulaq asdıq. Rəbbim gəncliyimizin yolunu göstərsin" sözlərini yazıb.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR